Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, xilasedicilər bu gün daha 4 nəfərin cəsədini torpaq altından çıxarıblar.
Xilasedicilər 210 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər. Daha 15 nəfər itkin düşmüş hesab olunur.
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə Raça bölgəsində fövqladə qərargah yaradılıb. Xilasetmə əməliyyatları davam edir.
Xatırladaq ki, avqustun 3-də günorta saatlarında Şovi ərazisində torpaq sürüşməsi baş verib, çaylar daşıb, yollar, körpülər, kurort zonasındakı kotteclər dağılıb.