logo

Məhkəmə Trampı avqustun 28-dək həbs emməməyi qərar verib

11:55 04-08-2023 | icon 2667
Məhkəmə Trampı avqustun 28-dək həbs emməməyi qərar verib

Məhkəmə Kapitoliyə hücumla bağlı ABŞ-ın keçmiş prezidenti Donald Trampın işi üzrə dinləməni avqustun 28-nə təyin edib.

YeniAvropa xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Məhkəmə Donald Trampı həbs etməməyə qərar verib və onu məhkəməyə gələrək qanuna əməl edəcəyi vədi ilə azadlığa buraxıb.

Ağ evin sabiq başçısına qarşı dörd maddə üzrə ittiham irəli sürülüb. ABŞ tarixində ilk dəfə olaraq sabiq prezident yalan məlumat yaymaqda ittiham edilir. Daha iki ittiham isə məxfi fayllarla səhv davranış və işgüzar qeydlərin saxtalaşdırılması ilə bağlıdır. Eyni zamanda, Corciya prokurorluğu 2020-ci il seçkilərinin nəticələrinin ləğvinə cəhdlə bağlı daha bir ittiham üzrə dördüncü cinayət işi aça bilər.