Dünyadakı bütün elektrik mühərrikli və hibrid avtomobillərin yarısından çoxu Çində istismar olunur.
YeniAvropa xəbər verir ki, bu barədə "DPA" agentliyi ZSW Ştutqart Tədqiqat İnstitutunun məlumatlarına istinadən məlumat yayıb. Qeyd olunur ki, bu ilin əvvəlində Çində 14,6 milyon elektrik nəqliyyat vasitəsi istifadə olunub. Dünyada 27,7 milyon ədəd elektromobilin olduğunu nəzərə alsaq, Çindəki elektromobillər dünya elektromobil sayının 53 faizini təşkil edir.
Elektromobil bazarında ikinci yerdə ABŞ dayanır. Orada 3,4 milyon elektromobil qeydiyyata alınıb. Üçüncü yerdə isə Almaniyadır. Orada 1,9 milyon elektromobil var. Dördüncü və beşinci yerlərdə Fransa (1,1 milyon elektromobil) və İngiltərədir (1 milyon elektromobil).