logo

Müharibə başlayandan 14 milyon ukraynalı Polşaya keçib

11:55 02-08-2023 | icon 2009
Müharibə başlayandan 14 milyon ukraynalı Polşaya keçib

Müharibə başlayandan bəri Ukraynadan Polşaya daxil olanların sayı 14 milyon 182 min nəfər təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizə Xidməti məlumat yayıb.

Bildirilib ki, son 1 ayda Ukraynadan ölkəyə 30 min 800 nəfər gəlib.

Eyni zamanda, vurğulanıb ki, ölkəyə daxil olan ukraynalılardan 12 milyon 399 min nəfəri Polşanı tərk edib. Hazırda Polşada təxminən 2 milyon ukraynalı var.