İranda havanın temperaturunun kəskin artması səbəbindən ikigünlük tətil elan edilib.
YeniAvropa xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahaduri Cəhromi rəsmi sosial media hesabından məlumat paylaşıb.
Məlumatda havanın temperaturunun 40-50 dərəcə aralığına çatmasının vətəndaşların sağlamlığında təhlükəli vəziyyət yarada biləcəyi qeyd edilib.
Bu səbəbdən Səhiyyə Nazirliyinin təklifi ilə avqustun 2-3-də ölkədə tətil elan edilməsi məqsədəuyğun hesab olunub.