logo

COVID-19 əleyhinə daha 164 doza vaksin vurulub

12:58 01-08-2023 | icon 12628
COVID-19 əleyhinə daha 164 doza vaksin vurulub

İyulun 24-dən 30-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 164 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, həftə ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 86, ikinci doza vaksinlərin sayı 12, üç və daha çox doza vaksinlərin sayı 55, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 11-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 968 min 439, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 413 min 39, ikinci mərhələ üzrə 4 milyon 884 min 230, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 809, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 361-dir.