Ukrayna Ordusu Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında əks-hücuma başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Qeyd olunub ki, Ukrayna qoşunları Limanski və Kupyanski istiqamətlərində Rusiya qüvvələrinin irəliləməsini dayandırıb.
Hazırda Baxmut istiqamətində şiddətli döyüşlər gedir: “Düşmən ehtiyatlardan istifadə edir və güclü müqavimət göstərir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 10 aydan çoxdur ki, Baxmutda vəziyyət gərgindir. Şəhərin mərkəzi Rusiya qoşunlarının nəzarətindədir.