Avqustun 2-də Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov KİV-ə açıqlamasında məlumat verib.
Dmitri Peskov telefon danışığının mövzusu, eləcə də digər təfərrüatları açıqlamayıb.
O, həmçinin Vladimir Putinin Türkiyəyə gözlənilən səfərinin tarixi barədə də dəqiq məlumat bildirməyib.