logo

Azərbaycanda Özbəkistan mədəniyyəti günləri keçiriləcək

09:09 31-07-2023 | icon 11368
Azərbaycanda Özbəkistan mədəniyyəti günləri keçiriləcək

Avqustun 1-dən 4-dək Bakıda Özbəkistan mədəniyyəti günləri keçiriləcək.

YeniAvropa xəbər verir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda, teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Dörd gün davam edəcək mədəniyyət günləri çərçivəsində məşhur sənətçilərdən Özbəkistanın xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış edəcəklər.