logo

UEFA Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri məlum olub

15:15 24-07-2023 | icon 1456
UEFA Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri məlum olub

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

 YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə “Aris” (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.

Qarabağ komandası ilk qarşılaşmanı evdə keçirəcək.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin ilk matçları avqustun 8-9-da, cavab görüşləri isə ayın 15-də oynanılacaq.