Pilotsuz təyyarələrin Moskvaya gecə hücumu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı olub.
YeniAvropa xəbər verir ki, bu barədə "RBC-Ukrayna" xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Xatırladaq ki, ötən gecə iki pilotsuz təyyarə Rusiya paytaxtına hücum edib. PUA-dan biri “Leroy Merlin” mağazasının yerləşdiyi biznes mərkəzinə, digəri isə Rusiya Müdafiə Nazirliyinin binasına yaxın əraziyə düşüb.