İyulun 24-də saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda araşdırma aparılır.
Əlavə məlumat veriləcək.