logo

Almaniya Ukraynaya 10 ədəd “Leopard 1” tankı göndərdi

15:30 21-07-2023 | icon 3444
Almaniya Ukraynaya 10 ədəd “Leopard 1” tankı göndərdi

Almaniya ötən həftə ərzində Ukraynaya 10 ədəd “Leopard 1” tankı, 20 ədəd MG3 tank pulemyotu, 10 ədəd radar, mindən çox 155 millimetrlik mərmi və 100 minlərlə tibb dəsti göndərib.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat Almaniya Nazirlər Kabinetinin saytında dərc olunan yenilənmiş siyahıda yer alıb.

Berlinin Kiyevə ayırdığı yeni yardım paketinə 25 ədəd köhnə “Leopard 1” tankı və 40 ədəd “Marder” zirehli maşını daxildir. NATO-nun Vilnüs şəhərində keçirilən sammitində elan edilən hərbi yardım 700 milyon avro həcmində qiymətləndirilir.

Beləliklə, Rusiya təcavüzünün başladığı 2022-ci ilin fevralından bəri Almaniyanın Kiyevə göstərdiyi hərbi, maliyyə və humanitar yardımın həcmi 17 milyard avroya yaxınlaşır.