Kataloniya bölgəsinin Jirona şəhərində 1928-ci ildən bəri İspaniya tarixinin ən isti günü qeydə alınıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, həftənin əvvəlindən İspaniya yay mövsümünün üçüncü istilik dalğası ilə üzləşib.
İyulun 18-də Jirona şəhərinin Figueres rayonunda termometrlər 45,4 dərəcəni göstərib. Əndəlüs əyalətindəki Kordoba şəhərində havanın hərarəti 44,6 dərəcəyə, Balear adaları, Valensiya və Araqon əyalətlərinin bəzi rayonlarında isə 43 dərəcəyə çatıb.
Meteoroloqların proqnozuna görə, şiddətli istilər sabahdan etibarən səngiməyə başlayacaq.