logo

Türkiyə Səudiyyə Ərəbistanına da PUA -lar satacaq

17:14 18-07-2023 | icon 3115
Türkiyə Səudiyyə Ərəbistanına da PUA -lar satacaq

Türkiyənin “Baykar” kompaniyası Səudiyyə Ərəbistanı ilə PUA tədarükü üzrə müqavilə imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Baykar” kompaniyasının rəhbəri Haluk Bayraktar özünün "Tviter" səhifəsində yazıb. Onun sözlərinə görə, razılaşma Türkiyə tarixində ən böyük silah ixracı müqaviləsidir. Müqavilənin həcmi barədə məlumat verilmir.

“Baykar” kompaniyasının istehsal etdiyi “Bayraktar” PUA-ları Azərbaycanda, İraqda, Liviyada və Ukraynada, həmçinin Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqda və Suriyada istifadə olunub.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ciddə şəhərində keçirdikləri görüşdə “Baykar” kompaniyası ilə iki müqavilə də daxil olmaqla enerji, investisiyalar və kommunikasiya sahəsində bir sıra iqtisadi sazişlər imzalayıblar.