Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin 56-cı toplantısı çərçivəsində İndoneziyanın paytaxtı Cakartaya səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında ikitərəfli görüş olub.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, görüş zamanı Hakan Fidan və Entoni Blinken NATO-nun Vilnüs şəhərində keçirilən sammitində qəbul olunan qərarların yerinə yetirilməsini müzakirə edib və Əfqanıstanda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıb.