“Biz bütün hallarda "F-16" qırıcı təyyarələrini əldə edəcəyik”.
YeniAvropa xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba özünün "Twitter" hesabında yazıb.
O bildirib ki, Rusiya Ukrayna əsgərlərindən qorxur: “Rusiya xarici işlər naziri Sergey Lavrov qıcıqlansa da, bununla barışacaq”.
Qeyd edək ki, S.Lavrov Ukraynada nüvə silahı daşıya bilən F-16 qırıcılarının peyda olması faktının Rusiya tərəfindən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcəyini bildirmişdi.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski dünən, iyulun 12-də "F-16"ların 2024-cü ilin mart ayına kimi tədarük ediləcəyini söyləmişdi.