logo

Vilnüsda Ukrayna-NATO Şurasının ilk iclası olub

16:17 12-07-2023 | icon 2030
Vilnüsda Ukrayna-NATO Şurasının ilk iclası olub

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bu gün hərbi blokun Vilnüs şəhərində keçirilən sammitində Ukrayna-NATO Şurasının ilk iclasının açılışını edib.

YeniAvropa xəbər verir ki, Şuranın iclasında Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib.

“Bu, tarixi bir məqamdır. Ukrayna və NATO ölkələri Avro-Atlantik təhlükəsizliyinə ümumi baxışı müzakirə etmək üçün yanaşı oturublar”, - deyə Yens Stoltenberq qısa açılış nitqində bildirib.

O, həmçinin Volodimir Zelenskiyə Ukrayna torpaqlarını azad etmək və gələcəkdə Rusiyanın təcavüzünün qarşısını almaq üçün hərbi dəstəyi genişləndirməyi vəd edib.

Bundan sonra Ukrayna-NATO Şurasının iclasının qapıları mətbuat üçün bağlanıb. Hazırda iclas qapalı rejimdə davam edir.