İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla, iki nəfər batıb.
YeniAvropa xəbər verir ki, hadisə saat 15 radələrində baş verib. Əraziyə FHN-nin dalğıcları cəlb edilib.
Axtarışlar zamanı adı çəkilən kəndin sakini Asif Əliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda ikinci şəxsin axtarışları davam etdirilir.