Rusiya Fransaya xəbərdarlıq edib.
YeniAvropa xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. O qeyd edib ki, Fransanın Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmək qərarı yanlışdır.
“Rusiya belə hərəkətlərə cavab verəcək”, - deyə D.Peskov vurğulayıb.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bu gün deyib ki, Paris Kiyevə uzaqmənzilli raketlər göndərəcək.