Türkiyə Böyük Millət Məclisi(TBMM) İsveçin NATO-ya üzvlük müraciətini gələn həftənin sonunadək ratifikasiya edə bilər.
YeniAvropa xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.
Türkiyə qanunlarına əsasən, İsveçin müraciəti əvvəlcə parlamentin xarici əlaqələr komitəsi tərəfindən qəbul edilməlidir. Daha sonra baxılmaq üçün TBMM-in ümumi iclasının müzakirəsinə çıxarılacaq.
İsveçin NATO-ya üzvlüyünün Ankara tərəfindən təsdiqlənməsi prosesi Türkiyə parlamentinin ratifikasiya qərarı prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc olunduqdan sonra başa çatacaq.