logo

Ərdoğan NATO baş katibi və İsveçin baş naziri ilə görüşüb

21:44 10-07-2023 | icon 1785
Ərdoğan NATO baş katibi və İsveçin baş naziri ilə görüşüb

NATO dövlət və hökumət başçılarının Vilnüs sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq və İsveçin Baş naziri Ulf Kristersson arasında üçtərəfli görüş keçirilib.

YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə prezidentinin Vilnüsdə ikinci görüşü Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə olacaq. Görüşün Türkiyə vaxtı ilə saat 19.30-da başlaması gözlənilir.

Hər iki görüş mətbuata qapalıdır.

Agentliyin məlumatına görə, iyulun 11-də Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.