logo

Co Bayden NATO sammitində iştirak etmək üçün Litvaya gəlib

20:45 10-07-2023 | icon 1358
Co Bayden NATO sammitində iştirak etmək üçün Litvaya gəlib

ABŞ prezidenti Cozef Bayden iyulun 10-da NATO sammitində iştirak etmək üçün Litvaya gəlib.

YeniAvropa xəbər verir ki, ABŞ liderini Vilnüs Beynəlxalq Hava Limanında Litva prezidenti Gitanas Nauseda qarşılayıb. Onların ikitərəfli danışıqları iyulun 11-ə planlaşdırılıb.

Sammit zamanı Vilnüs Beynəlxalq Hava Limanında 100-dən çox müntəzəm reys ləğv ediləcək. Paytaxtdan 30 km radiusda istənilən uçuşlar qadağandır. İyulun 7-dən 13-dək Litva ərazisi üzərində kiçik təyyarələrin, pilotsuz nəqliyyat vasitələrinin uçuşu da təxirə salınıb.

Qeyd edək ki, ABŞ-ın 43-cü prezidenti Corc Buş da 2002-ci ildə Litvaya səfər edib. O, Tovn Hall meydanında insanlarla görüşəndə deyib: "Kim Litvaya düşmən olarsa, Amerikanın düşməni olacaq". Prezidentin bu aforizmi bələdiyyə binasının fasadında quraşdırılmış xatirə lövhəsində də həkk olunub.