logo

Ukrayna Baxmutda əsas yüksəkliklərə nəzarəti təmin edib

17:17 10-07-2023 | icon 1358
Ukrayna Baxmutda əsas yüksəkliklərə nəzarəti təmin edib

"Ukrayna Silahlı Qüvvələri Baxmut ətrafındakı əsas yüksəkliklərə nəzarəti təmin edib".

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar "Telegram" kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, Ukrayna ordusu Baxmutda uğurla irəliləyir.

Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırski isə bu gün bildirib ki, Rusiya ordusu Baxmutda tələyə düşüb.

Xatırladaq ki, Ukraynanın şimal-şərqində,  Donetck vilayətində yerləşən bu şəhərdə 9 aya yaxındır ki, gərgin döyüşlər gedir.