NATO baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenskinin Alyansın Vilnüsdə keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.
YeniAvropa xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Litva prezidenti Gitanas Nauseda ilə birgə keçirdiyi mətbaut konfransında deyib.
Y.Stoltenberq söyləyib ki, V.Zelenski Ukrayna-NATO Şurasının açılışında iştirak edəcək: “Biz siyasi əlaqələrimizi daha da gücləndirəcəyik”.
Stoltenberqin sözlərinə görə, sabah müttəfiqlər Ukraynanın NATO-ya üzvlük yolunu da müzakirə edəcəklər.
Qeyd edək ki, iclas iyulun 11-12 -də keçiriləcək.