ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb.
YeniAvropa xəbər verir ki, bunu Donald Tramp ötən gün Ayova ştatında keçirilən mitinqdə tərəfdarları qarşısında çıxışı zamanı. “Bu vədi verə biləcək yeganə namizəd mənəm. Mən üçüncü dünya müharibəsinin qarşısını alacağam. Biz artıq üçüncü dünya müharibəsinə doğru gedirik”,-deyə o vurğulayıb.
Donald Tramp, həmçinin bir daha bəyan edib ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, Ukraynadakı müharibəyə 24 saat ərzində son qoyacaq. "Hər kəs maraqlanır ki, mən bunu edə bilərəmmi. Təbii ki, bacararam”, - o deyib.
Qeyd edək ki, Donald Tramp ictimai çıxışlarında dəfələrlə 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, Ukraynadakı vəziyyəti bir gündə həll edə biləcəyini bildirib. Lakin sülhə necə nail olacağına dair fikirlərini açıqlamayıb.