Ukrayna prezidenti Volodimir Zelenski iyulun 7-də Türkiyəyə işgüzar səfər edəcək.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Ukraynanın dövlət başçısı İstanbula Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəlir.
Agentliyin məlumatına görə, səfər çərçivəsində prezidentlərin təkbətək və nümayəndə heyətləri ilə görüşü olacaq. Görüşlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət, müddəti iyulun 17-də başa çatacaq taxıl dəhlizi sazişi və Ankara ilə Kiyev arasında ikitərəfli əlaqələr müzakirə ediləcək.