Onillik fasilədən sonra diplomatik münasibətləri səfirlər səviyyəsində bərpa edən Misir ilə Türkiyə arasında münasibətlərin yaxşılaşması istiqamətində daha bir addım atılacaq.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi iyulun 27-də Ankaraya səfərə yollanacaq.
Misir prezidenti son dəfə 2013-cü ildə müdafiə naziri vəzifəsində Türkiyəyə səfər edib. Qarşıdakı səfər zamanı o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcək. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı da bildirilir.
Qeyd edək ki, ötən il Misir ilə Türkiyə arasında əmtəə dövriyyəsi 7,7 milyard dollara çatıb. Münasibətlərin gərgin olduğu son on il ərzində türkiyəli iş adamları Misir iqtisadiyyatına sərmayə qoymağa davam ediblər.