Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunun Əliyar Əliyev küçəsində boş ərazidə yanğın olması barədə məlumat daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində məişət tullantıları və quru ot 2 hektar sahədə yanıb. Ərazinin plastikdən ibarət hasarı, ağaclar və ətraf ərazilər yanğından mühafizə olunub.