logo

“Vaqner”in başçısı Priqojin Moskvaya gedib?-Lukoşenkodan açıqlama

13:03 06-07-2023 | icon 6930
“Vaqner”in başçısı Priqojin Moskvaya gedib?-Lukoşenkodan açıqlama

“Vaqner” özəl hərbi şirkətinin başçısı Priqojin hazırda Belarus ərazisində deyil.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko yerli və xarici jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, “Vaqner” qrupunun döyüşçüləri isə Rusiyadakı daimi düşərgələrindədir.

“Yevgeni Priqojinə gəlincə, o, Piterdədir. Ola bilsin, Moskvaya gedib, amma o, Belarus ərazisində yoxdur”, - deyə Lukaşenko bildirib.

O qeyd edib ki, “Vaqner” döyüşçülərinin Belarusda yerləşdirilməsi şirkət rəhbərliyinin və Rusiya hakimiyyət orqanlarının işidir.

“Bu, “Vaqner” şirkətinin və Rusiya rəhbərliyinin hansı qərarı verəcəyindən asılı olacaq. Əgər onlar Belarusda müəyyən sayda döyüşçünün istirahət, təlim keçməsi üçün yerləşdirməyi lazım bilsələr, mən qərarımı yerinə yetirəcəyəm”, - deyə Belarus prezidenti sözlərinə əlavə edib.