logo

“Taliban” Əfqanıstanda gözəllik salonlarını bağladı

13:41 05-07-2023 | icon 2184
“Taliban” Əfqanıstanda gözəllik salonlarını bağladı

Əfqanıstan hökumətinin qərarına əsasən ölkədəki bütün qadın gözəllik salonları bir aylığa bağlanacaq.

YeniAvropa "BBC" telekanalına istinadla xəbər verir ki, hökumətin bu qərarı həm paytaxt Kabilə, həm də digər yaşayış məntəqələrinə aiddir. Sənədin mətnində qeyd olunur ki, gözəllik salonlarının bağlanması barədə qərar “Taliban”nın lideri Heybətulla Axundzadənin şifahi göstərişi əsasında verilib və tabe olmayan şəxslər məsuliyyətə cəlb olunacaq.

Əfqanıstan hökumətinin bu qərarı ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. BMT-nin Əfqanıstan üzrə missiyası da öz növbəsində hökuməti qadın hüquqlarını məhdudlaşdıran qərarı ləğv etməyə çağırıb. Missiyanın tviter hesabında yayılan bəyanatında bildirilir ki, gözəllik salonlarının bağlanılması ölkə iqtisadiyyatına da mənfi təsir edəcək.