logo

Prokurorluq Sumqayıtda qadının əməliyyat zamanı ölməsini araşdırır

14:54 04-07-2023 | icon 7868
Prokurorluq Sumqayıtda qadının əməliyyat zamanı ölməsini araşdırır

Sumqayıt Perinatal Mərkəzində 38 yaşlı qadın əməliyyat zamanı ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"İyulun 4-də 1985-ci il təvəllüdlü Fəttayeva Günel Əhəd qızının Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.