Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının demək olar ki, 90%-ni cəlb edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, Kreml səfərbərliklə itkiləri bərpa etməyə çalışır: “Əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya hələ də aviasiya, donanma resurslarına, nüvə silahına malikdir”.
R.Bauer qeyd edib ki, Rusiya NATO ilə birbaşa həmsərhəd olan ərazilərdə diqqətli hərəkət edir:“Onlar bizimlə toqquşmaq istəmirlər”.
Admiral söyləyib ki, son 24 saat ərzində Rusiyanın 34 hərbi texnikası sıradan çıxarılıb”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb