logo

Aİ Rusiyanın 207 milyard avroluq dondurulmuş aktivlərini Ukraynanın bərpasına yönəldəcək

15:55 03-07-2023 | icon 2450
Aİ Rusiyanın 207 milyard avroluq dondurulmuş aktivlərini Ukraynanın bərpasına yönəldəcək

Ukrayna müharibəsi başlayandan bəri Avropa İttifaqı(Aİ0 ölkələri tərəfindən Rusiyanın dondurulan suveren aktivlərinin həcmi hazırda 207 milyard avrodur.

YeniAvropa xəbər verir ki, bu barədə ədliyyə məsələləri üzrə Avropa komissarı Didye Reynders Haaqa şəhərində keçirilən mətbuat konfransında açıqlayıb.

“Avropa Komissiyasında Moskvaya məxsus, o cümlədən Rusiya Mərkəzi Bankının Aİ ölkələrində dondurulan 207 milyard avroluq aktivinin Ukraynanın bərpasında istifadə imkanları müzakirə edilir”, - deyə siyasətçi bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası bu yolla ildə 3 milyard avro əldə etməyi planlaşdırır.

Didye Reynders Avropa Komissiyasında Rusiyaya məxsus aktivlərin dondurulması, yenidən investisiya qoyuluşu və mümkün müsadirə imkanlarının axtarışı üzrə işlərə nəzarət edir.