logo

Türkiyə bu gündən gəmilərin boğazlardan tranziti üçün rüsumları artırır

10:10 01-07-2023 | icon 2324
Türkiyə bu gündən gəmilərin boğazlardan tranziti üçün rüsumları artırır

Bu gündən Türkiyə boğazlarından dayanmadan keçən beynəlxalq gəmilərdən alınacaq rüsumlarda artırılmış tariflərin tətbiqinə başlanılır.

YeniAvropa “TRT Haber”ə istinadla xəbər verir ki, ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından tranziti üçün rüsumları 4,42 ABŞ dollarına qaldırılıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülqadir Uraloğlu bildirib ki, bu artım boğazlardan əldə edilən gəliri artacaq. Bildirib ki, keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər xalis tonaj üçün 4,08 ABŞ dolları təşkil edib.

A.Uraloğlunun sözlərinə görə, Türkiyə prezidentinin təsdiqlədiyi qərara əsasən, boğaz keçid haqları hər il iyulun 1-də avtomatik olaraq yenidən hesablanacaq və yenilənəcək.