logo

Yunanıstanda son 1 ayda ikinci dəfə parlament seçkiləri keçirilir

11:11 25-06-2023 | icon 2856
Yunanıstanda son 1 ayda ikinci dəfə parlament seçkiləri keçirilir

Yunanıstanda növbədənkənar parlament seçkilərinə start verilib.

YeniAvropa xəbər verir ki, yunanlar son 35 gündə ikinci dəfədir səsverməyə gedirlər.

Seçki məntəqələri yerli vaxtla səhər saat 07:00-dan 19:00-dək fəaliyyət göstərəcək. Bundan dərhal sonra exit-pollun nəticələri açıqlanacaq. Təxminən saat 20:30-da isə seçkilərin keçirilməsi ilə məşğul olan Daxili İşlər Nazirliyi ilkin rəsmi məlumatları elan edəcək.

Yunanıstanda 9,8 milyon seçici qeydiyyatdan keçib. Onlar birpalatalı parlamentin 300 üzvünü seçməlidir. Seçkidə iştirak məcburi olsa da, səs verməyən şəxslərə sanksiya tətbiq edilmir.

Sonuncu ictimai rəy sorğusunun nəticələrinə əsasən, sabiq baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi “Yeni demokratiya” partiyasının seçkilərdə inamlı qələbəsi gözlənilir. Mayın 21-də keçirilmiş parlament seçkilərində də hakim partiya üstünlük qazanıb, lakin birpartiyalı hökumət formalaşdıra bilməyib. Seçicilərin yalnız 40,7 faiz səsini qazanan mühafizəkarlar digər siyasi qüvvələrlə koalisiya qurmaqdan imtina edib.

Sağ mərkəzçilərin əsas rəqibi sabiq hökumət başçısı Aleksis Tsiprasın partiyasıdır. Solçuların “Siriza” koalisiyası may seçkilərinin nəticələrini (20,07 faiz) yaxşılaşdırmağa çalışacaq.