logo

Putin xalqa müraciət edəcək

11:33 24-06-2023 | icon 2100
Putin xalqa müraciət edəcək

Yaxın saatlarda Rusiya prezidenti Vladimir Putinin xalqa müraciət edəcəyi gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə məlumat verib

Xatırladaq ki, bu gündən Moskva və Moskva vilayətində, eləcə də Voronej vilayətində antiterror rejimi tətbiq edilib.

Bu barədə  Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.

Hazırda Moskva və Moskva vilayətindən bir sıra regionlara, o cümlədən Tula və Lipetsk istiqamətinə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Rusiya paytaxtında bütün kütləvi tədbirlər ləğv olunub.