logo

Moskvada antiterror rejimi elan olunub

11:01 24-06-2023 | icon 2835
Moskvada antiterror rejimi elan olunub

Moskvada və Moskva vilayətində, eləcə də Voronej vilayətində antiterror rejimi tətbiq edilib.

YeniAvropa xəbər verir ki, bu barədə  Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edərək Yevgeni Priqojin ətrafında baş verənləri “silahlı qiyam” adlandırıb. Nazirlik “vaqnerçi”ləri rəsmi orqanlarla əlaqə saxlamağa çağırıb və bu təqdirdə təhlükəsizliklərinə zəmanət veriləcəyini bildirib.

Hazırda Moskva və Moskva vilayətindən bir sıra regionlara, o cümlədən Tula və Lipetsk istiqamətinə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Rusiya paytaxtında bütün kütləvi tədbirlər ləğv olunub.