logo

Ukraynada prezident seçkiləri müharibə bitəndən sonra keçiriləcək

16:16 23-06-2023 | icon 2009
Ukraynada prezident seçkiləri müharibə bitəndən sonra keçiriləcək

Ukraynada prezident seçkiləri yalnız hərbi əməliyyatlar başa çatandan sonra mümkün ola bilər.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "BBC"yə müsahibəsində deyib.

“Ukrayna qanunlarına görə, seçkilər yalnız sülh zamanı keçirilə bilər”, - deyə dövlət başçısı gələn il prezident seçkilərinin keçirilib-keçirilməyəcəyi barədə suala cavab verərkən bildirib.

Bundan öncə Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks Kiyevin parlament və prezident seçkilərini vaxtında keçirmək üçün yol tapmalı olduğunu söyləyib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksi Danilov isə buna cavab olaraq ölkədə mövcud hərbi vəziyyətlə bağlı seçkilərin keçirilməsinin mümkün olmadığını vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il fevralın 24-də Rusiyanın hərbi təcavüzü ilə əlaqədar ölkədə hərbi vəziyyət rejimi elan edib.