Türkiyənin “Baykar” kompaniyası 2025-ci ildə Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” döyüş PUA-larının istehsalına başlamaq istəyir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə kompaniyanın baş direktoru Haluk Bayraktar deyib.
“Baykar” kompaniyasının Ukraynadakı “Avia Ventures MMC” törəmə müəssisəsində tikinti işləri plana uyğun olaraq davam edir. Zavodun açılışı 2025-ci ilə planlaşdırılır və hazırlıq işlərinin əsas hissəsi görülür”, - deyə Haluk Bayraktar bildirib.
“Bayraktar” PUA-larının Ukraynada istehsalı üçün zavodun inşası 2022-ci ilin avqustunda başlayıb. Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnarın sözlərinə görə, müəssisənin 2023-cü ilin sonlarınadək işə düşməsi gözlənilirdi, lakin sonradan hərbi əməliyyatlar səbəbindən ilkin planlar korrektə olunub.