logo

Aİ müharibə başlayandan Ukraynaya 70 milyard avro yardım ayırıb

14:54 22-06-2023 | icon 1386
Aİ müharibə başlayandan Ukraynaya 70 milyard avro yardım ayırıb

Brüssel Rusiyanın Ukraynaya hücumu başlayandan bəri Kiyevə 70 milyard avro yardım ayırıb. Həmin məbləğin 17 milyard avrosu ukraynalı qaçqınlara dəstək üçün Avropa İttifaqı üzvləri arasında paylanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa İttifaqının Kiyevə yardım parametrlərinə həsr olunan bəyanatında deyilir.

“Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri Avropa İttifaqı, üzv dövlətlər və maliyyə institutları Kiyevə 53 milyard avroluq maliyyə, humanitar, təcili büdcə və hərbi yardım təqdim edib. Aİ ölkələrinin müharibədən qaçan qaçqınların ehtiyaclarını ödəmək üçün ayırdığı resurslarla birgə Ukraynaya və ukraynalılara edilən yardımın həcmi 70 milyard avroya çatıb”, - deyə sənəddə bildirilir.

Avropa Komissiyasının məlumatına görə, müharibənin əvvəlindən indiyədək Avropa Fondunun xətti ilə və ikitərəfli əsasda Aİ ölkələri tərəfindən Kiyevə silah tədarükünə 15 milyard avro xərclənib.