logo

NATO Ukraynada müharibənin dondurulmasının əleyhinədir

14:14 19-06-2023 | icon 2268
NATO Ukraynada müharibənin dondurulmasının əleyhinədir

Şimali Atlantika Alyansı(NATO) Ukraynada müharibənin dondurulmasının və Rusiyanın şərtləri ilə saziş imzalanmasının əleyhinədir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq bu gün keçirdiyi  mətbuat konfransında səsləndirib.

“Hamımız münaqişənin sona çatmasını istəyirik, lakin ədalətli sülh müharibənin dondurulmasını və Rusiyanın diktə etdiyi sazişi nəzərdə tuta bilməz”, - deyə Yens Stoltenberq bildirib.

Bu, Afrika ölkələri nümayəndələrinin Ukrayna münaqişəsinin, o cümlədən hərbi əməliyyatların dayandırılması ideyasına əsaslanan tənzimlənməsi təşəbbüsü ilə Kiyev və Moskvada apardıqları danışıqlardan sonra NATO baş katibinin ilk bəyanatıdır.