İyunun 14-nə keçən gecə Rusiya silahlı qüvvələri Odessa şəhərinin mülki infrastrukturlarını dörd “Kalibr” raketi ilə vurub.
YeniAvropa Ukrayna Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, nəticədə Odessada ticarət mərkəzi, təhsil müəssisəsi, yaşayış kompleksi, qida obyektləri və mağazalar dağıntıya məruz qalıb.
İlkin məlumata görə, dağıntılar nəticəsində azı 3 nəfər həlak olub, 13-ü isə yaralanıb. Dağıntılar təmizlənir, onların altında hələ də insanların olduğu istisna edilmir.
“Cənub” Hərbi Komandanlığının yaydığı məlumata görə, “Kalibr” tipli 4 qanadlı raketdən ikisi Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Monitorinq qruplarının məlumatına görə, işğalçılar ölkənin şərq və mərkəzi rayonlarında gecə saatlarında kamikadze dronlardan da istifadə ediblər.