İsveç PKK terror təşkilatının tərəfdarını Türkiyəyə ekstradisiya edir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, İsveç Krallığının hökuməti PKK terror təşkilatının tərəfdarı olduğunu etiraf etmiş şəxsin Türkiyəyə ekstradisiyası barədə qərar qəbul edib. Onu öz vətənində narkotiklərlə bağlı cinayətə görə 5 ilə yaxın müddətdə həbs cəzası gözləyir.
Krallığın hökuməti ekstradisiya qərarını özünün xüsusi iclasında qəbul edib. Bundan bir həftə öncə isə Krallığın Ali Məhkəməsinin çıxardığı hökmdə bildirilib ki, insan hüquqlarına dair Avropa Konvensiyası və İsveçin öz qanunları Türkiyənin ekstradisiya ilə bağlı müraciətinə müsbət cavab verməmək üçün heç bir hüquqi əsas yaratmır.
Qeyd edək ki, 35 yaşlı şəxs İsveç polisi tərəfindən ötən il Türkiyənin milli prokurorunun müraciətinə əsasən həbs olunub. Ekstradisiyanın yaxın vaxtlarda olacağı gözlənilir.