2023-2024-cü tədris ilində məzun olacaq tələbələr dövlət imtahanından azad ediləcəklər.
YeniAvropa xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə keçirilən görüşdə deyib.