logo

Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib

15:35 08-06-2023 | icon 1603
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin yeni sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya ki, məktubda Sahibə Qafarova Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək ona ən xoş arzularını çatdırıb.

Məktubda deyilir ki, “Bir millət, iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf edir. Sahibə Qafarova Numan Kurtulmuşu ölkəmizə rəsmi səfərə dəvət edib.

Parlamentin sədri Sahibə Qafarovanın, həmçinin Numan Kurtulmuşla telefon danışığı olub. Telefon danışığı zamanı Milli Məclisin sədri türkiyəli həmkarını bir daha təbrik edərək, xalqlarımızın mənafeyi və rifahı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.