BƏƏ dördgünlük iş həftəsinə keçir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İnsan Resursları üzrə Federal Qurumunun müəyyən etdiyi yeni iş qaydalarına əsasən, bu ölkədə federal hökumət işçiləri dördgünlük iş həftəsinə keçmək hüququ qazanacaqlar.
YeniAvropa “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, iyulun 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, dövlət işçilərinin artıq təyin olunmuş həftəlik iş saatları dörd gün ərzində gündəlik 10 saatdan və ya həftədə 40 saatdan çox olmayacaq. Bu iş rejimi həm işçinin, həm də işəgötürənin razılığını tələb edir. Özəl sektorda çalışanlar üçün isə heç bir qayda müəyyən edilməyib.
Dördgünlük məhdud iş rejimi BƏƏ-də dövlət işçiləri üçün yeni İnsan Resursları qanununda nəzərdə tutulan bir sıra iş modellərdən biridir. Bu plan həm ölkə daxilində, həm də xaricdə çalışan hökumət işçilərinə uzaqdan işləməyə və hibrid işə də imkan verir.
BƏƏ-nin rəsmiləri bildiriblər ki, İnsan Resursları haqqında yeni qanun çevik iş modelləri hazırlamaq və dövlət qurumlarını daha səmərəli etmək üçün nəzərdə tutulub. Bu federal qərardan əvvəl Şarja Əmirliyi 2022-ci il yanvarın 1-dən işçilər və tələbələr üçün dördgünlük iş həftəsini tətbiq etməyə başlayıb.
Hazırda digər Körfəz ölkələri də daha qısa iş həftəsinin tətbiqi imkanlarını araşdırır. Bu ilin martında Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi iş həftəsini qısaltmaq üçün üçgünlük istirahət rejiminin tətbiqi imkanını nəzərdən keçirdiyini bildirib.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib