Azərbaycan-Avstriya əməkdaşlıq məsələləri müzakirə edilib
İyunun 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənYeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda və dünyada baş verən hadisələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib.
Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların, siyasi məsləhətləşmələr formatının, o cümlədən parlament diplomatiyasının mühüm rolu vurğulanıb. İki ölkə arasında iqtisadi, o cümlədən investisiyalar sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. İki ölkə arasında çoxtərəfli münasibətlərin, xüsusilə ATƏT və Avropa İttifaqı (Aİ) çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, mövcud çağırışlar və çətinliklər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsinin, hərbi-siyasi təxribatları və mina təhdidini davam etdirməsinin sülh səylərinə xələl gətirdiyi bildirilib.
Nazir Aleksandr Şallenberq Avstriyanın Azərbaycanla əlaqələrin daha da genişləndirilməsinə əhəmiyyət verdiyini qeyd edərək, bu xüsusda münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi üçün siyasi məsləhətləşmələrin əhəmiyyətli platformalardan biri olduğunu bildirib. Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərin Avstriya tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır