logo

İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasının açılışında iştirak edib

14:10 06-06-2023 | icon 3990
İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışda iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bina barədə dövləti başçısına məlumat verib. Bildirib ki, yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Müasir memarlıq üslubuna uyğun inşa olunan bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.

Binanın hündürlüyü olan 12 metr foyesində “Əbədiyyət” kompozisiyası nümayiş olunur. Kompozisiyanın müəllifi rəssam-heykəltaraş Rəşad Mehdiyevdir..

Nazirliyin yeni binası ilə tanışlıq zamanı qeyd olunub ki, 215 otaqdan ibarət işçi mərtəbələrdə əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunan konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var. Diqqətə çatdırııb ki, ərazidə 170 avtomobil yerlik dayanacaq yaradılıb.