logo

Kaxovka SES-də partlayışın məsuliyyətini Rusiya daşıyır-Şarl Mişel

12:44 06-06-2023 | icon 3815
Kaxovka SES-də partlayışın məsuliyyətini Rusiya daşıyır-Şarl Mişel

“Kaxovka su elektrik stansiyasında baş verən partlayışın məsuliyyətini Rusiya daşıyır”.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib.

O, bu hadisəni “hərbi cinayət” adlandırıb.

Qeyd edək ki, Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətindəki Kaxovka su elektrik stansiyasının (SES) bəndi partladılıb. Faktla bağlı Ukraynanın "Cənub" operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb.

Xatırladaq ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edir. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub.

Qeyri-rəsmi məlumatlara görə, sakinlər ərazidən köç edirlər.